“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Layiqli Əmək Günü ilə bağlı tədbirlər davam edir

News Image

Layiqli Əmək Günü ilə bağlı tədbirlər davam edir

ETİHİ Pirallahı Rayon Komitəsinin ilk həmkarlar təşkilatlarında Layiqli Əmək Günü münasibətilə tədbirlər davam edir.

Bu münasibətlə 235 nömrəli məktəbin ilk həmkarlar təşkilatının sədri tərəfindən ittifaq üzvləri ilə görüşlər keçirilib,layiqli əmək şəraiti, əmək hüquqlarının qorunması və işçilərin mənafelərinin müdafiəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Layiqli əmək naminə həmrəy olaq!

Layiqli Əmək Günü ilə bağlı görüşlər keçirilib

News Image

Layiqli Əmək Günü ilə bağlı görüşlər keçirilib

ETİHİ Pirallahı Rayon Komitəsinin ilk həmkarlar təşkilatlarının sədrləri tərəfindən Layiqli Əmək Günü münasibətilə ittifaq üzvləri ilə görüşlər keçirilib.

Görüşlər zamanı layiqli əmək şəraitinin əhəmiyyəti, əmək hüquqlarının qorunması və həmkarlar ittifaqlarının işçilərin hüquq və mənafelərinin müdafiəsində rolu barədə fikir mübadiləsi aparılıb.

Layiqli əmək – hər bir işçinin haqqıdır!

Əmək hüquqlarımızı bilək, həmrəyliyimizi gücləndirək və layiqli əmək şəraitinin təmin olunması üçün birlikdə çalışaq!

Pirallahı rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

News Image

Pirallahı rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

05 oktyabr 2026-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə 243 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova,Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova,Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev,təhsil müəssisələrinin rəhbərləri, təqaüddə olan və gənc müəllimlər iştirak ediblər.Tədbirdə çıxış edənlər müəllimləri peşə bayramı münasibətilə təbrik edərək, müəllim əməyinin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rolunu vurğulayıblar.Sonda müəllimlərə hədiyyələr və təşəkkürnamələr təqdim olunub.

Layiqli Əmək Günü münasibətilə ilk həmkarlar təşkilatı sədrləri ilə görüş keçirilib.

News Image

Layiqli Əmək Günü münasibətilə ilk həmkarlar təşkilatı sədrləri ilə görüş keçirilib.

Görüşdə layiqli əməyin əsas prinsipləri,əmək hüquqlarının qorunması, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, əməyin mühafizəsi, sosial təminat və həmkarlar ittifaqlarının bu istiqamətdə rolu müzakirə olunub. Həmkarlar təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, işçilərin hüquq və mənafelərinin müdafiəsi və sosial tərəfdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda Layiqli Əmək Günü münasibətilə əmək fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzulanıb.

Məktəbəqədər hazırlıq qruplarında ilk dərs günü

News Image

Məktəbəqədər hazırlıq qruplarında ilk dərs günü

Pirallahı rayonunun ümumi təhsil müəssisələrində məktəbəqədər hazırlıq qrupları üzrə yeni tədris prosesinə start verilib.

Balacaların məktəb həyatına ilk addımlarını əks etdirən bu əlamətdar gün sevinc,həyəcan və xoş təəssüratlarla yadda qalıb.

Bütün balacalara təhsil yollarında uğurlar,maraqlı və yaddaqalan günlər arzulayırıq!


Təqaüdçü müəllimlə görüş

News Image

Təqaüdçü müəllimlə görüş

5 Oktyabr – Müəllimlər Günü ərəfəsində ETİHİ Pirallahı Rayon Komitəsinin nümayəndələri təhsil sahəsində uzun illər çalışmış,təqaüdçü müəllim Ağamalıyev Mövsüm Müslüm oğlunun evində olub.

Görüş zamanı müəllimlik peşəsinin şərəfi, təhsil sahəsində görülən işlər və Mövsüm müəllimin zəngin pedaqoji fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. Səmimi söhbət və xoş xatirələrlə yadda qalan görüşdə müəllim əməyinə verilən yüksək dəyər bir daha ifadə olunub.

Əziz Mövsüm müəllim, Sizi 5 Oktyabr – Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, şərəfli müəllimlik fəaliyyətinizə görə Sizə dərin ehtiramımızı bildiririk. Möhkəm cansağlığı, uzun ömür, firavanlıq və həyatınızın hər günündə xoş ovqat arzulayırıq!

Təqaüdçü müəllimlə görüş

News Image

Təqaüdçü müəllimlə görüş

1 Oktyabr – Beynəlxalq Ahıllar Günü və 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə uzun illər pedaqoji sahədə çalışmış, ömrünü təhsil və gənc nəslin yetişdirilməsinə həsr etmiş Əhmədov Lətif Əkbər oğlunu evində ziyarət etdik.

Görüş zamanı Lətif müəllimlə səmimi söhbət apararaq onun pedaqoji fəaliyyəti, zəngin əmək yolu və xatirələri ilə maraqlandıq. Dəyərli müəllimlərimizin əməyinə hər zaman hörmət və ehtiram göstərmək, ahıl nəslin nümayəndələrinə diqqət və qayğı ilə yanaşmaq bizim üçün böyük dəyər daşıyır.

Lətif müəllimə möhkəm cansağlığı, uzun ömür və xoş günlər arzulayırıq.

Yeni ittifaq üzvləri ilə görüş keçirilib

News Image

Yeni ittifaq üzvləri ilə görüş keçirilib

ETİHİ Pirallahı Rayon Komitəsi tərəfindən yeni işə qəbul olunan ittifaq üzvləri ilə görüş keçirilib. Görüş zamanı üzvlərə həmkarlar ittifaqının fəaliyyəti, əmək və sosial hüquqların müdafiəsi, üzvlərə göstərilən dəstək və ittifaq üzvlüyünün üstünlükləri barədə məlumat verilib.Görüşdə yeni ittifaq üzvlərinin sualları cavablandırılıb və onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Gücümüz həmrəyliyimizdir!

ETİHİ AİLƏSİNƏ XOŞ GƏLMİSİNİZ!🤝


Şəhid Vüsal Babayevin ailəsi ziyarət olunub.

News Image

Şəhid Vüsal Babayevin ailəsi ziyarət olunub.

27 Sentyabr – Anım Günü münasibətilə Vətən müharibəsi şəhidi Vüsal Babayevin ailəsi ziyarət edilib. Görüş zamanı şəhidimizin valideynləri ilə söhbət aparılıb, onun keçdiyi şərəfli döyüş yolu və əziz xatirəsi ehtiramla yad olunub.

Şəhidlərimizin müqəddəs xatirəsi daim qəlbimizdə yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun.

Pirallahı rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib

News Image

Pirallahı rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib


27 Sentyabr – Anım Günü ilə əlaqədar Pirallahı rayonunda Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, YAP Pirallahı rayon təşkilatının, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Çıxış edənlər 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı tarixi Zəfərdən, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və şücaətdən bəhs ediblər.Tədbir çərçivəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhid Tural Cahangirovun ailəsi ziyarət edilib

News Image

Şəhid Tural Cahangirovun ailəsi ziyarət edilib

Şəhid Tural Cahangirovun ailəsi ziyarət edilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsi tərəfindən Vətən müharibəsi şəhidi Tural Cahangirovun ailəsi ziyarət olunub. Görüş zamanı şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun.

Yubiley təbriki

News Image

Yubiley təbriki

ETİHİ Pirallahı Rayon Komitəsi tərəfindən 168 nömrəli tam orta məktəbin texniki işçisi İsmayılova Aləmzar Fəroy qızı 60 illik yubileyi münasibətilə təbrik olunub.

Görüşdə Aləmzar İsmayılovanın uzun illər ərzində məktəbin fəaliyyətində göstərdiyi səmərəli əmək,kollektivə verdiyi töhfələr və işinə məsuliyyətli yanaşması yüksək qiymətləndirilib.Onun əmək fəaliyyətində göstərdiyi zəhmət xüsusi qeyd olunub.Aləmzar İsmayılovaya yubiley münasibətilə xoş arzular çatdırılıb,xatirə hədiyyəsi təqdim olunub. Yubilyar göstərilən diqqət və səmimi təbriklərə görə öz minnətdarlığını bildirib.